İranın yeni prezidentinin adı açıqlandı

İranın yeni prezidentinin adı açıqlandı

İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində qalib gəlib.

İlkin nəticələrə əsasən, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi 28,6 milyon seçicidən 17,6 milyonun səsini qazanıb.

Xatırladaq ki, İranda ötən gün keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparıb. Bunlar məhkəmə hakimiyyətinin sabiq rəhbəri İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rezai, parlament sədrinin müavini Hüseyn Qazizadə Haşemi və islahatçı, Mərkəzi Bankın sabiq sədri Əbdülnasir Hemməti olub.

Eastnews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 8 =