İranla AEBA arasında aparılan son danışıqlarda irəliləyiş əldə olunub
İran Atom Enerjisi Təşkilatı ilə AEBA arasında aparılan son texniki danışıqlar zamanı bir sıra məsələlər həll olunub.
APA xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb. Məlumata görə, AEBA-nın İrandakı nüvə obyektlərindən birində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı iddiası İranın texniki izahatları ilə öz həllini tapıb.
Həmçinin şübhəli fəaliyyətlərin həyata keçirildiyi mümkün yerlərdən biri olan Fars vilayətindəki Abade nüvə obyekti ilə bağlı məsələnin də həll olduğu bildirilib.
Apa.az