İranla aranı vuranların məqsədi

İranla aranı vuranların məqsədi

Bir məqsəd var:  Ölkəni bədnam etmək, milli birliyi pozmaq!

SizinYol Haqqin.az saytının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevlə müsahibəsini nəzərdən keçirir…

Bu gün Ermənistanla, Qarabağın erməni separatçıları ilə  ölüm-dirim savaşına girmiş Azərbaycan ordusunun ruh yüksəkliyinə ehtiyacı var. Amma imkanlarını təxribata sərf edənlərə bunu anlatmaq cəhdi əbəsdir. Sözümüz bəzən təxribatın pərdəarxasını görməyən sadə, səmimi, sədaqətli insanlarımızadır. Azərbaycanı istəyən onun qonşularla, ümumiyyətlə dünya ölkələri ilə münasibətlərinə xor baxmaz. İran isə sıradan bir ölkə deyil. Zamanında hərbi yardımları da olub, maddi yardımları da. Bu günsə Tehranın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Ermənistanı işğalçı adlandırması bəs edir, bundan artığını ummağa dəyməz. Ən azı Rusiyaya münasibətdə necə mötədiliksə, İrana da qarşı elə olaq. Hər halda “İrandan Ermənistana hərbi yardım” adı altında nümayiş olunan yük maşınları Rusiyanın olub  və İrandan tranzit edilməli idi!

Bir az geri, may ayına, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfievin eyni kontekstdə təxribatlara cavabına nəzər salırıq.

Müxalifət mediası İran tərəfindən Xudafərin və Qız qalası su qovşaqlarının tikintisinə icazə verdiyi üçün hakimiyyəti ittiham edir. Guya bu tikintilər Azərbaycanın mənafelərinə xidmət etmir. Deyilənlərdə bir zərrə həqiqət var, yoxsa yox? Sualı Fərid Şəfiyev cavablandırır:

İranla müqavilə 2016-cı ildə imzalanıb. Başa düşmək olmur ki, nə üçün bu gün və belə qalmaqallı konteksdə həmin mövzu gündəmə çəkilib. Müxalifətdən kimsə deyib ki, Azərbaycan rəhbərliyi İranla müqaviləni sirr saxlayır. Lütf edin, müqaviləni heç vaxt, heç kim gizləməyib.

Mən hiss etmişəm ki, Azərbaycan beynəlxalq aktivliyini gücləndirmək istəyəndə destruktiv qüvvələr  işə düşür, öz “inkarolunmaz faktlarını” ortaya qoyur. Bir məqsəd var:  Ölkəni bədnam etmək, milli birliyi pozmaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 1 =