İranla “Avropa üçlüyü” Türkiyədə görüşəcək

İran və “Avropa üçlüyü” (Almaniya, Böyük Britaniya və Fransa) arasında Əhatəli Razılaşma Müqaviləsi Planı üzrə mayın 16-da Türkiyənin İstanbul şəhərində məsləhətləşmə keçiriləcək.
“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, Tehran rəsmiləri gələn cümə günü İstanbulda Avropa tərəfləri ilə 2015-ci ilin iyulunda İslam Respublikası ilə “altılıq” (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) arasında imzalanmış nüvə sazişi üzrə danışıqlar keçirəcəklər.
Bu məsləhətləşmələr yaxın günlərdə keçiriləcək ABŞ-İran birbaşa olmayan görüşünün beşinci raundu başlamazdan əvvəl saziş üzrə öz mövqelərini möhkəmləndirməyə çalışdığı bir vaxtda reallaşacaq.