İranla böyük dövlətlərin nüvə danışıqlarına üç günlük fasilə verilib
İranla böyük dövlətlərin nüvə sazişinin bərpası ilə bağlı Vyanada apardığı nüvə danışıqlarında üç günlük fasilə verilir.
SalamNews İRNA-a istinadla xəbər verir ki, bu barədə İranın nüvə danışıqlarındakı baş müzakirəçisi, bu ölkənin XİN rəhbərinin müavini Əli Baqiri-Kəni məlumat verib.
O bildirib ki, danışıqlar cümə axşamı günü üç günlüyə dayanacaq və gələn həftənin bazar ertəsi günündən başlayacaq.
İran rəsmisi danışıqlarda irəliləyişin olduğunu deyib.
Ə.Baqiri-Kəni bildirib ki, İran nüvə sazişindəki öhdəlikləri, ABŞ sanksiyaları ləğv etdikdən sonra bərpa edəcək.
SalamNews.org