İranlı general fələstinlilərin gücündən danışdı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı General Hüseyn Salami Russia Today-ə verdiyi müsahibəsində Fələstinin gücünün artırılmasının vacibliyini vurğulayıb.
Məlumata görə, Sərdar Salami deyib: “İsraillilər artıq “vurub qaçmaq” dövrünün bitdiyini və bu gün fələstinlilərin gücə sahib olduğunu bilməlidirlər.”
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı sözlərinə davam edib: “Artıq yeni bir Fələstin quruldu. Son müharibə, Sionist rejimin proqnozlarının əksinə olaraq güclü bir Fələstin ortaya qoydu. Fələstinlilər gündən-günə güclənəcəkdir. İsraillilər bilməlidirlər ki, daha böyük gücə sahib olan bir düşmənlə birgə yaşaya bilməyəcəklər.”
Sərdar Salami Fələstinin sionist rejimə qarşı son müqavimətindən sonra belə demişdir: “Bu, fələstinli qrupların işğal altındakı şəhərləri atəşə tutaraq, Tel-Əvivə yeni ciddi problemlər yaşatdığı və rejimin atəşkəs elan etməyə məcbur olduğu bir müharibədir.”