İranlı həkim Amerika innovasiya festivalının qızıl medalını qazanıb

İranlı həkim Amerika innovasiya festivalının qızıl medalını qazanıb

Təbrizli həkim Dr. Hüseyn Qasimi, tərkibində kök hüceyrə ifrazatları olan yara və yanıqları örtən mumlu sprey ixtira etdiyinə görə Amerika Dünya İnnovasiya və İxtiralar Festivalının qızıl medalını qazanıb.

Ümumdünya İnnovasiya və İxtiralar Federasiyası ildə iki dəfə tibb elmlərinin yeni innovasiya və ixtiraları üçün bir dəfə Amerikada və bir dəfə Avropada festival təşkil edir. Burada qlobal layihələr və müxtəlif ölkələrdən olan investorlar yeni ideyalar nümayiş etdirirlər.

Qan və böyüklər xərçəngi üzrə mütəxəssis elmi dərəcəsi olan doktor Hüseyn Qasimi, tərkibində kök hüceyrə ifrazatları olan yara və yanıqları örtən mumlu sprey məhsulu icad edərək bu məhsulun dünyada ikinci istehsalçısı olaraq ən yüksək dərəcəyə layiq görülüb.

O, jurnalistlər qarşısında bu spreyin regenerasiya xüsusiyyətinə malik olan kök hüceyrələrin ifrazatlarını ehtiva etdiyinə diqqət çəkərək dedi: Bu məhsul yara və yanıqlarda toz və sprey şəklində istifadə olunur ki, bu da yara və ya yanıq üzərində örtük yaradır.

Qasimi bildirib: Bu məhsul bədən mayelərinin xaric olmasına imkan vermir və infeksiyaya səbəb olan bakteriya və göbələk kimi xarici faktorların dəri və toxumaya daxil olmasının qarşısını alır, digər tərəfdən isə yaranın içərisində olan maddələr və ifrazatlar yaranın və ya yanıq sahəsinib regenerasiyasına (yenidən qurulmasına) səbəb olur və daha çox müalicəyə cavab verməyən ağır yanıqlarda istifadə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =