İranlı nazir Seyid Həsən Nəsrullahla görüşüb
İran İslam Respublikasının Mədəniyyət və İslami Maarifləndirmə naziri Livan Hizbullahının Baş katibi ilə görüşüb.
Beyruta səfər edən İranın Mədəniyyət və İslami Maarifləndirmə naziri Məhəmməd Mehdi İsmaili nümayəndə heyəti ilə birğə Hizbullahın Baş katibi Seyid Həsən Nəsrullahla görüşüb.
Görüşdə İranın Livandakı səfiri Seyid Məhəmməd Cəlal Firuznia da iştirak edib.
Əl-Əhd saytının məlumatına görə, İran nümayəndə heyəti və Hizbullahın Baş katibi Livan və İran arasında mədəni və elmi üfüqlər və perspektivləri müzakirə ediblər.
Bununla əlaqədar olaraq, İranın Mədəniyyət və İslami Maarifləndirmə naziri çərşənbə axşamı (dünən) Livanın “Əl-Məyadin” xəbər kanalına müsahibəsində Ukraynada baş verənləri ABŞ-ın təhriklərindən qaynaqlanan “pis təcrübə” kimi qiymətləndirib.”
Vyanada davam edən nüvə danışıqları ilə bağlı verilən suala İsmaili deyib: “İranın nüvə müzakirələri ilə bağlı nə etməliyikə, edirik… Bizim tələblərimiz var ki, onlar yerinə yetirilərsə, razılaşma əldə oluna bilər. O vaxt İran nüvə razılaşmasına nail olanda Krım böhranı baş verdi və bizə təsir etmədi, Ukraynada da hadisələr belədir [və təsir etməməlidir]… bu, onların öz aralarındakı məsələdir.”