İranlı nazir Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasından danışdı

İranlı nazir Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasından danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İranın Xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bazar ertəsi axşam Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra Twitter hesabında yazıb: “Tehranda qardaşım Mövlud Çavuşoğlu ilə görüşdən xoşhalam.”

O, əlavə edib: “Bu səmimi və dostluq şəraitində keçən görüşdə biz ikitərəfli münasibətlərin daha da inkişafı üçün uzunmüddətli layihə üzərində işləmək barədə razılığa gəldik”.

İranın xarici işlər naziri qeyd edib ki, regional məsələlər, o cümlədən Əfqanıstan barəsində müzakirələr də aparılıb.

O, edib: “Biz Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində hər hansı bir hədd müəyyən etmirik.”

İran mətbuatının məlumatına görə, Türkiyənin xarici işlər naziri iranlı həmkarı ilə görüşündə bəyan edib ki, biz türk sərmayədarları və şirkətlərini İranla əməkdaşlığa təşviq edirik və bu istiqamətdə əməkdaşlığın asanlaşdırılmasına çağırırıq.

İran xarici işlər naziri türkiyəli həmkarı ilə birgə mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Tehrana səfər edəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 19 =