İranlı nüvə aliminə qarşı terrorda istifadə edilən silah müəyyən edilib (FOTO)

İranlı nüvə aliminə qarşı terrorda istifadə edilən silah müəyyən edilib (FOTO)

Bir sıra İran mənbələri nüvə aliminin terrora məruz qalmasında istifadə edilən silahın “Arrow 12” pulemyotu olduğunu bildirirlər.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bir sıra iranlı ekspertlər nüvə alimi Möhsün Fəxrizadənin terror edilməsində uzaqdan idarə edilən “Arrow 12” pulemyotundan istifadə edildiyi qənaətindədirlər.

Qeyd edək ki, “Arrow 12” uzaqdan idarə olunması üçün hazırlanmış, 14.5, 12.7 və 7.62 kalibrli müxtəlif növ sursatlar üçün istifadə edilən, zirehli texnika, kiçik qayıqlar və hətta ticarət yük maşınları kimi müxtəlif kiçik platformalarda asanlıqla quraşdırıla bilən pulemyotdur.

Qeyd edək ki, terror hücumundan dərhal sonra silahın olduğu maşın uzaqdan partladılıb. İran mənbələri bu silahın ölkə sərhədlərindən kənardan gətirildiyi qənaətindədirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 6 =