İranlı nüvə alimin terroru qıcıqlandırıcı və sabitliyi pozan addım idi – Sergey Lavrov

İranlı nüvə alimin terroru qıcıqlandırıcı və sabitliyi pozan addım idi – Sergey Lavrov

“Rusiya müxtəlif müstəvilərdə o cümlədən Xarici İşlər Nazirliyinin bəyanatı vasitəsilə iranlı alimin terror edilməsini məhkum edib və pisləyib. Biz bu terroru qıcıqlandırıcı addım və regionda sabitliyi pozmaq hədəfilə həyata keçirildiyini düşünürük.”

SalamNews İrib.ir-ə istinadla xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov İranın dövlət telekanalına verdiyi müsahibədə deyib.

Rusiya XİN rəhbəri nüvə aliminə qarşı terroru qıcıqlandırıcı və regionda sabitliyi pozmaq məqsədilə atılan bir addım hesab edib.

O əlavə edib:

“Biz eşitdik ki, İran tərəfi nüvə aliminin terroru ilə bağlı yeni nəticələrin əldə edildiyini bildirirlər. Hamı üçün əhəmiyyətlidir ki, alimin terroru ilə bağlı araşdırmanın nəticələrinın nə yerdə olduğunu bilsinlər.”

Sergey Lavrov bu müsahibədə nüvə sazişinin vəziyyətinə də diqqət çəkib. O bildirib ki, nüvə sazişilə bağlı gərginlik ABŞ-ın beynəlxalq anlaşmadan çıxmasına görədir. O əlavə edib ki, (ABŞ tələb etdiyi kimi) bu sazişin yenidən müzakirəyə çıxarılması ( və yeni şərtlərin əlavə edilməsi) doğru sayılmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 3 =