İranlı qadın idmançı Amerika yüngül atletika yarışında rekord qırıb
Məryəm Tusi ABŞ-ın Nevada ştatında keçirilən yüngül atletika yarışında iranlı qadınlar arasında qapalı məkanda 200 m qaçış üzrə milli rekordu yeniləyib.
İran sprinteri Məryəm Tusi ABŞ-ın Nevada ştatında qapalı idman yarışlarında 200 metr məsafəyə qaçışda 23,60 saniyə nəticə göstərərək İranın milli rekordunu yeniləməyi bacarıb.
Bundan əvvəl Maidə Çavoşizadə 25,40 saniyə nəticə ilə (7 fevral 2004-cü il, Tehran) bu sahənin rekordçusu idi.
Tusinin 400 m, 4×400 m və 60 m məsafələrə qapalı məkanda keçirilən Asiya çempionatında iki qızıl, bir gümüş və iki bürünc medalı var.