İranlı tələbələr Tehrandakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirib
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Bu gün bir sıra tələbə Sionist rejimdə Ermənistan səfirliyinin açılmasına reaksiya verərək Tehrandakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirib. Tələbələr “İki işğalçı birlikdə”, “Ermənistan, şübhəsiz ki, Sionist rejimdə səfirliyin açılmasına peşman olacaq” və “İsrail ilə əməkdaşlıq sənə baha başa gələcək ” kimi şüarlar səsləndirərək Ermənistan hökumətinin bu ağılsız hərəkətinə qarşı olduqlarını bildirdilər.
Mitinq iştirakçıları Fələstin ideologiyası və İran İslam Respublikasının milli təhlükəsizliyinin qorunmasına dəstəklə bağlı bəyanatında deyib: “Sionist rejimin bölgəyə daha da ayaq açması Qafqazdakı böhranların aradan qaldırılmasına kömək etməyəcək. Əksinə, mənfi rəqabəti daha da artıracaq və Dağlıq Qarabağ böhranı da daxil olmaqla məsələləri çətinləşdirəcəkdir.”
Biz tələbələr bu gün burada – Ermənistan səfirliyi qarşısında 85 milyondan çox iranlının ayıq nümayəndəsi olaraq, Ermənistanın qərarını yenidən nəzərdən keçirməsini və səfirini geri çağıraraq bədnam Sionist rejimi ilə münasibəti kəsməsini tələb edirik. Bu pis nəsil (xəbis şəcərə) İslam dünyasının mərkəzinə nüfuz etməməlidir, əks halda Ermənistan onların cinayətində ortaq hesab olunacaq.
Əgər sionistlər Ermənistana nüfuz etsələr, gecə-gündüz onların uğursuz fitnələrini gözləməliyik, bu da İranla dostluq və dinc münasibətləri pozan minlərlə fitnədən biridir.
İran İslam Respublikasının İslam dünyasının ən önəmli düşməni olan işğalçı Sionist rejimə qarşı apardığı rasional və prinsipial siyasətinin əsla dəyişdirməyəcək. Ermənistnaın bu addımı İranın Ermənistanla bağlı xarici siyasətində təsirli olacaqdır.
Xatırladaq ki, Ermənistanın qərbmeyilli hökumətinin bu qərarı o vaxtkı ABŞ Milli Təhlükəsizlik müşavirinin 2018-ci ilin payızında İrəvana səfərindən sonra qəbul edilmiş və erməniləri getdikcə daha çox sionistlərə qoşulmağa təşviq etmiş və 2019-cu ilin sonunda səfirliyin rəsmi olaraq açılmasına səbəb olmuşdu.