İraq alimləri: NATO İraqı işğal etmək fikrindədir

İraq alimləri: NATO İraqı işğal etmək fikrindədir

İraq Diyalə vilayətinin Din Alimləri Birliyi cümə günü etdiyi bir açıqlamada Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) İraqdakı qüvvələrinin sayını artırmaq qərarına etiraz edib.

Bəyanatda vurğulanıb: “İraqdakı NATO qüvvələrində hər hansı bir artım qəbuledilməzdir və bunun üçün heç bir əsas yoxdur. Ölkəmiz vətəndaşlarının təhlükəsizliyinə qarşı istənilən terror təhdidini dəf edə biləcək bir çox hərbi qüvvələrə malikdir.”

İraqın Diyalə vilayətinin Din Alimləri Birliyi, NATO-nun bu qərarının bir neçə hədəfi olduğunu vurğulamış və bildirib ki, bunlardan biri də ABŞ tərəfindən beynəlxalq bir təşkilat adı altında İraqı işğal etməyə çalışmaqdır, çünki NATO-nun əsas qüvvələri amerikalılardır.

Keçən il İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılmasına dair qərarına toxunan bu açıqlamada, bu qətnamənin bütün xalqın qərarı olduğu və xarici qüvvələrin artırılmasına dair hər hansı bir qərarın İraqın milli suverenliyini pozduğu qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − one =