İraq baş naziri sionist rejimin Livana hücumlarını pislədi

İraqın baş naziri və silahlı qüvvələrin başçısı bəyanat yayaraq sionist rejimin Livana vəhşicəsinə hücumlarını pisləyib.
Əl Aləm telekanalının məlumatına əsasən, Məhəmməd Şiya Əl Sudani bu gün (24 sentyabr) deyib: Biz sionist rejimin yüzlərlə livanlıya qarşı cinayətlərini kəskin pisləyir və bunun bütün regionda mənfi reaksiyalara səbəb olacağı barədə xəbərdarlıq edirik.
Əl Sudani əlavə edib: İşğalçı sionist rejimin cinayətlərinə tuş gələn qardaş və dostumuz olan Livan xalqına dəstəyimiz üçün aşağıdakı qərarları qəbul etdik:
- Qardaş ölkədə məcburi müharibə təhlükəsini nəzərə alaraq İraqda sakin olan Livan vətəndaşlarının oturum haqqının 30 gün uzadılsın. 2017-ci ildə İraqın Miqrasiya qanunu 79-cu maddəsi yenidən təsdiqlənsin.
- İraqda olan Livan cəzalı vətəndaşları əfv edilsin
3. İraqa quru sərhədləri ilə daxil olan Livan vətəndaşlarının viza müddəti uzadılsın.