İraq: Biz heç bir davranışın imam Hüseynin (ə) Ərbəin mərasiminə mane olmasına icazə verməyəcəyik!

İraq: Biz heç bir davranışın imam Hüseynin (ə) Ərbəin mərasiminə mane olmasına icazə verməyəcəyik!

İraqın Daxili İşlər naziri vurğulayıb ki, Bağdad heç bir şeyin imam Hüseynin (ə) Ərbəin mərasiminə mane olmasına icazə verməyəcək.

İraqın Daxili İşlər naziri Osman Əl-Qənami dünən (şənbə günü) Bağdadda keçirilən Ərbəin mərasimi üçün koordinasiya iclasının nəticələrinə dair hesabatında bir sıra nazirliklərin də dəstək xidməti səylərinin gücləndiriləcəyini vurğulayıb.

O, heç bir davranışın imam Hüseynin (ə) Ərbəin mərasiminə mane olmasına icazə verməyəcəyini bildirib.

İraq hökumətinin rəsmi xəbər agentliyi “Vaa”nın məlumatına görə, Əl-Qənami deyib: “İmam Hüseynin (ə) Ərbəin ziyarətinə hazırlaşmaq və xidmət planlarını təhlükəsizlik tədbirləri ilə əlaqələndirmək üçün bütün aidiyyatı nazirliklərin və səlahiyyətlilərin iştirakı ilə xüsusi iclas keçirdik.”

Bununla bağlı İraqın Daxili İşlər naziri əlavə edib: “Hamı bilir ki, elektrik, nəqliyyat, neft nazirlikləri və bələdiyyələrin birgə səylərini əhatə edən dəstək xidmətləri olmadan təhlükəsizlik planları uğur qazanmayacaq.”

O, daha sonra vurğulayıb: “Biz təhlükəsizlik və xidmət səyləri ilə bağlı əsas məsələləri müzakirə etdik və vurğuladıq ki, bu mərasimin keçirilməsində heç bir davranışın mənfi təsir qoymasına icazə verməyəcəyik. Çünki bu, dünyada milyonlarla insanın iştirak etdiyi ən böyük mərasimdir.

Bu görüşdə sərhəd-keçid məntəqələrinin və Kərbəlaya gedən piyada yollarının fəaliyyəti, zəvvarların hava yolu ilə gəlişi barədə fikir mübadiləsi aparılıb. Bu işlərdə çatışmazlıqlar müəyyən edilmiş və onların həlli üçün öhdəliklər götürülmüşdür.

Əl-Qənami hökumət xəbər agentliyi ilə söhbətinin sonunda qeyd edib ki, İraq rəsmilərinin imam Hüseynin (ə) Ərbəin mərasimi üçün bu görüşü və koordinasiya konfransı son koordinasiya toplantısı olmayacaq və növbəti konfranslar tezliklə keçiriləcək.

Bu arada, İraq hökumət rəsmilərindən Heydər Məcid dünən (şənbə) bildirib ki, son günlər qonşu ölkələrdən və dünyanın digər ölkələrindən zəvvarların gəlişini araşdırmaq üçün sərhəd keçid məntəqələrinə dəfələrlə səfərlər edilib.

O, İraqın Baş naziri Mustafa Əl-Kaziminin əmri ilə sərhəd keçidlərindən zəvvarların rahatlıqla keçməsinin təşkilinə dəstək üçün bütün dövlət obyektləri və xidmətlərindən istifadə ediləcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =