İraq Hizbullah Taborları: Həşdi Şəbiyə xəyanət edilsə, müvəqqəti atəşkəsi ləğv edəcəyik

İraq Hizbullah Taborları: Həşdi Şəbiyə xəyanət edilsə, müvəqqəti atəşkəsi ləğv edəcəyik

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İraq Hizbullah taborlarının təhlükəsizlik rəsmisi ABŞ əsgərlərinin İraq ərazilərindən çıxarılması ilə əlaqədar olaraq Həşdi Şəbiyə xəyanət ediləcəyi təqdirdə, şərti atəşkəsi ləğv edəcəkləri barədə xəbərdarlıq etdi.

İraqdakı Hizbullahın təhlükəsizlik şefi Əbu Əli Əl-Əsgəri bu axşam (bazar ertəsi) ABŞ-a Həşdi Şəbiyə hansısa bir hücum və ya xəyanət etmək barədə xəbərdarlıq etdi.

Əl-Məyadin xəbər saytının verdiyi məlumata görə, Əbu Əli bunları söylədi: “Həşdi Şəbiyə hücum etsələr, düşmənlə şərtli atəşkəsi ləğv edəcəyik. Müqavimət qruplarındakı qardaşlara düşmənlə bağlı ayıq qalmalarını tövsiyə edirik. Müqavimət qrupları bu ölkədəki ABŞ mövqelərində yerləşən sionist düşmən nümayəndə heyətlərinə diqqət yetirməlidirlər.”

Bu xəbərdarlıq İraq Müqavimət Koordinasiya Komitəsinin ABŞ əsgərlərinin İraq torpaqlarında müvəqqəti qalmasına icazə verildikdən sonra yayımlanb.

Bəyanatda deyilir:

“Xarici qüvvələrə İraq millətinin və hökumətinin nümayəndələrinin qətnaməsinin icrası üçün müəyyən və məhdud bir cədvəl təyin etməsi ilə bağlı şərti bir müddət verilib.

İraq xalqının istəyi ilə bağlı amerikalılara praktikada hər hansı bir aldatma, süründürməçilik və ya vaxtında qüvvələrini çıxartmama məsələsinə qarşı ciddi şəkildə xəbərdarlıq edirik.

Əks halda, intensiv bir hərbi mərhələyə keçmək məcburiyyətində qalacaq bütün hərbi imkanlarımızdan istifadə edəcəyik. Belə bir vəziyyət yad qüvvələrə baha başa gələcək. Əvvəllər olduğu kimi, onların burunlarını yerə sürtəcəyik. Allah-taala buyurur:

وَأَعْتَدْنَا لِلْکَافِرِینَ عَذَابًا مُهِینًا

“Biz kafirlərə şiddətli bir əzab hazırlamışıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − four =