İraq Hizbullah Taburları ABŞ-a xəbərdarlıq etdi: Əsgərlərinizin burunlarını yerə sürtəcəyik!
Sizinyol xarici mediaya istinadən xəbər verir:
İraqlı mənbələr İraq Hizbullah taburlarının ABŞ terror güclərinə açıq bir xəbərdarlıq etdiyini bildirdi. Hizbullah İraq taburları bir daha Amerika terror qüvvələrini ölkədəki varlıqlarının davam etməsi mövzusunda xəbərdar etdi.
Hizbullah taburları ABŞ-a bir daha xəbərdarlıq edərək vurğuladı: Amerikalı əsgərlərin burunlarını yerə sürtəcəyik. İraq Hizbullah batalyonlarının təhlükəsizlik müdiri Əbu Əli Əl-Əsgəri şəxsi Twitter səhifəsində tweet etdi:
“Təhdid və təhdid dilinə öyrəşmiş axmaq Pompeoya (ABŞ Dövlət Katibi) cavabımız budur ki, hiylənizi və düşmənçilik səylərinizi davam etdirsəniz belə, Allaha and içirəm ki, “Müqavimət qüvvələrini yaddaşlardan silə bilməzsiniz və onların iradəsini heç vaxt zəiflədə bilməyəcəksiniz.
Təhdidləriniz və təkəbbürləriniz sizin və axmaq sahiblərinizin özünə qayıdacaq. Əl-Əsgəri,ABŞ Dövlət katibinə müraciət edərək ona dedi: “Siz çox yaxşı bilirsiniz ki, (İraqda) ürəkləri polad və möhkəm olan kişilər tapacaqsınız və onlar sizin burnunuzu və əsgərlərinizi amansızlıqla yerə sürtəcəklər.