İraq İranı ABŞ-la birbaşa danışıqlara çağırıb

İraq İranı ABŞ-la birbaşa danışıqlara çağırıb

 “Vaxtı çatıb ki, İranla ABŞ arasında birbaşa danışıqlar aparılsın.”

SalamNews İran mətbuatına istinadla xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn Tehrana rəsmi səfəri çərçivəsində deyib.

İran XİN başçısı Hüseyn Əmir Abdullahiyanla birgə mətbuat konfransında ölkəsinin etdiyi vasitəçiliklərə toxunan İraq rəsmisi bildirib ki, İranla ABŞ arasında danışıqlar birbaşa olmalıdır.

“İranla ABŞ-ın münasibətləri İraq üçün sırf xarici bir məsələ deyil, daxili bir məsələdir. Ona görə ki, Tehranla Vaşinqton arasında olan gərginlik birbaşa İraqdakı vəziyyətə təsir göstərir. Bunun bir sıra səbəbləri var. İranla ABŞ arasında hər bir gərginlik siyasi və təhlükəsizlik baxımından mənfi təsirini göstərir, eləcə də hər bir müsbət dəyişiklik İraqın siyasi, təhlükəsizlik, iqtisadi və sair sahələrində özünü biruzə verir”, deyə Fuad Hüseyn bildirib.

Qeyd edək ki, İraq İranla Səudiyyə Ərəbistanı arasında da vasitəçilik edir və məlumata görə Tehranla ər-Riyad arasında danışıqların növbəti mərhələsi yenidən Bağdadda keçiriləcək.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + one =