İraq İslam Müqaviməti pilotsuz təyyarəsi Hayfa limanına hücum edib
İraq İslami Müqaviməti bəyanat yayaraq işğal altındakı Həyfa şəhərində həssas bir mövqeni pilotsuz təyyarə ilə hədəfə aldıqlarını elan edib.
İRNA-nın məlumatına görə, İraq İslami Müqaviməti bu gün (6 noyabr) yayımladığı bəyanatda elan edib: İlk əməliyyatda pilotsuz təyyarə ilə Hayfada həyati və həssas bir hədəfi məhv etdik.
İraq İslami Müqaviməti həmişə olduğu kimi bu əməliyyatın qəsbkar rejimin uşaq, qadın və qocalar da daxil olmaqla dinc əhaliyə qarşı törətdiyi cinayətlərə cavab olaraq həyata keçirildiyini, düşmən mövqelərinin darmadağın edilməsinin artan tendensiya ilə davam edəcəyini açıqlayıb.
Dünın axşam da İraq İslami Müqaviməti 7 pilotsuz təyyarə əməliyyatı ilə işğal altındakı Fələstinin müxtəlif bölgələrində 7 mühüm və həyati əhəmiyyətli hücumlarından xəbər vermişdi.
Son bir neçə ayda İraqın İslami müqaviməti Fələstinin müxtəlif bölgələrində, o cümlədən Eylat limanı, Colan və İordaniya Vadisi kimi həssas və mühüm mövqeləri hədəfə aldığını elan etmişdi.
Bundan əvvəlki əməliyyatlarda da işğal olunmuş ərazilərə xəbərdarlıq etmişdi ki, sionist rejim Qəzzə zolağı və Livana hücumlarını davam etdirdiyi təqdirdə bu rejimin mövqelərinə qarşı əməliyyatlarını daha da gücləndirəcək.