İraq İsrail rejimi ilə münasibətləri normallaşdırmayacaq

İraq İsrail rejimi ilə münasibətləri normallaşdırmayacaq

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, İraqın xarici işlər naziri Fuad Hüseyn dünən Bəhreynin paytaxtında başlayan bölgədəki təhlükəsizlik vəziyyətinin nəzərdən keçirilməsi üçün Manama iclasında çıxışı zamanı vurğulayıb ki, İraq Abraham adlanan sionist rejimlə normallaşma sazişinin bir hissəsi olmayacaqdır.

O, əlavə edib: “Bəzilərinin İraqın Abraham müqaviləsinə qoşulacağına dair gözləntilərini nəzərə alsaq, cavabımız mənfidir və bunun bir çox səbəbi var, lakin mən onları burada izah etməyəcəm.”

Qeyd edək ki, Abraham sazişi Vaşinqtonun nəzarəti altında sionist rejim, BƏƏ və Bəhreyn arasında münasibətlərin normallaşdırılması üçün 2020-ci ilin sentyabrında imzalanmış, daha sonra Təl-Əviv Mərakeş və Sudanla münasibətlərin normallaşdığını da elan etmişdi. Regional mühasirəni yarmağa çalışan sionistlər Səudiyyə Ərəbistanı və İraq kimi regionun bəzi digər ərəb ölkələrini də bu normallaşma tələsinə salmağa çalışırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 7 =