İraq: İsraillə sazişə getməyəcəyik, Fələstin və Qüds məsələsini müdafiə edəcəyik
Sizinyol xarici mediaya istinadən xəbər verir:
İraq Baş nazirinin sözçüsü, ölkəsinin Sionist rejimlə güzəştə getməsi ilə bağlı hər hansı bir qərar verdiyinə dair şayiələri rədd edərək, İraq hökuməti və xalqının Fələstini dəstəklədiyini və Qüdsü fələstinlilərin paytaxtı olaraq müdafiə etdiklərini bildirdi.
İraq Baş Naziri Mustafa Əl-Kaziminin sözçüsü bazar ertəsi günü İraq konstitusiyasının İsrail rejimi ilə münasibətlərin normallaşmasını qadağan etdiyini və bütün siyasətçilərin vətənpərvərliyə sadiq qalmalı və Fələstin xalqının hisslərinə hörmət göstərmələrinin zəruri olduğunu vurğuladı.
Əhməd Molla Təlal “TRT” Türk Radio və Televiziyasının ərəb bölməsinə verdiyi bir müsahibədə bunları söylədi:
“İraq konstitusiyasına görə İsrail ilə münasibətləri normallaşdırma qadağandır və BƏƏ ölkələri, Bəhreyn və Sudan arasında İsrail ilə hər biri arasında bir barışıq imzalanması məsələsi bu ölkələr üçün daxili bir məsələdir. Özləri ölkələrindəki siyasi vəziyyətdən və xarici əlaqələrindən xəbərdardırlar.”
Əlavə etdi: “İraqdakı bəzi siyasi partiyalar və cərəyanlarla bağlı (güzəştə getməyə qarşı olmaq məsələsində) istisnalar ola bilər və İraqdakı bir və ya daha çox partiyalar bu və ya digər məqamlarda elan olunmamış mövqelərə, hərəkətlərə sahib ola bilər.
Lakin bu istisnalar və elan edilməmiş mövqelər, addımlar və hərəkətlər İraq xalqı və hökumətinin ümumi yolunu dəyişdirmir və İraq hökuməti Fələstin məsələsinin və Qüdsün paytaxt olaraq qorunmasına dəstək verdiyini bəyan edir.”