İraq Kürdüstanı: Türkiyə qırıcıları İranla sərhəd bölgələrini bombalayıb

İraq Kürdüstanı: Türkiyə qırıcıları İranla sərhəd bölgələrini bombalayıb

 İraq Kürdüstanındakı rəsmi mənbələr Türkiyə qırıcılarının İranla sərhəd bölgələrini bombaladığını bildirib.

Bu bombardmanlar ötən günlərdə İraqın şimalındakı Mosul əyalətində Türkiyə hərbi bazasına raket hücumu olduğu üçün  baş verib.

Təhlükəsizlik mənbəsi bildirib ki, dünənki raket hücum zamanı Türkiyə ordusuna məxsus “Zəlikan” düşərgəsi hədəfə alınıb.

O, düşərgə ərazisinə raketin düşdüyünü bildirdi. Mənbə hücumların heç bir itki vermədiyini və Neynəva təhlükəsizlik qüvvələrinin də raketlərin yerini axtardığını bildirib.

Bu arada hücumların 4 ədəd 122 mm qrad raketindən istifadə edildiyi bildirilib.

Bundan əvvəl, noyabrın 19-da baza raketlərlə hədəfə alınmışdı. Baza üç raketlə hücuma məruz qalıb. Hesabat Türkiyə bazasının son aylarda bir neçə dəfə raket hücumlarına məruz qaldığı bir vaxtda yayılıb.

Türkiyə uzun müddətdir ki, PKK-ya qarşı çıxdığını iddia edərək Şimali İraqın ərazi bütövlüyünü pozur. Son 35 ildə Ankara hökuməti ilə qarşıdurmada olan PKK Türkiyə, ABŞ və Avropa Birliyi tərəfindən terror qruplaşması hesab edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − ten =