İraq Məhkəməsi üç ay sonra seçkilərin nəticələri ilə bağlı qərarını verib
İraqın Federal Məhkəməsi sentyabr ayında keçirilən növbədən kənar parlament seçkilərinin nəticələrinin ləğv edilməsi ilə bağlı bir neçə partiya və siyasi cinah tərəfindən edilən şikayətə yekunda rədd cavabı verib.
SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, İraqın Federal Məhkəməsi bu gün seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı şikayətə rədd cavabı verib və sentaybr ayında keçirilən sözügedən seçkilərin nəticələrini tanıyıb.
Bunun ardından Bağdadda etiraz aksiyaları başlayıb. Təhlükəsizlik qüvvələri seçkilərin nəticələrinə etiraz əlaməti olaraq keçirilən bu aksiyalara görə diplomatik nümayəndəliklər və hökumət binalarının yerləşdiyi “Mintəqətul-Xədra” rayonuna girişləri bağlayıblar.
Qeyd edək ki, İraq Ali Seçki Komissiyası parlament seçkilərində Müqtəda Sədrin lideri olduğu “Sairun” siyasi fraksiyasının öncül olduğunu bildirib. Seçkilərin nəticələrinə etiraz edən əsasən “Haşd-Şabi” (İŞİD-ə qarşı mübarizə məqsədilə yaradılmış Xalq Səfərbər Qüvvələri) tərəfdarlarıdır.
SalamNews.org