İraq müqavimət qrupları Bağdad-Vaşinqton danışıqları barədə birgə bəyanat veriblər

İraq müqavimət qrupları Bağdad-Vaşinqton danışıqları barədə birgə bəyanat veriblər

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraq müqavimət qruplarının Koordinasiya Şurası çərşənbə axşamı Bağdad və Vaşinqton arasındakı strateji dialoqla bağlı bir bəyanat yayıb.

İraq müqavimət qrupları bu bəyanatda bildiriblər ki, etibarlı məlumatlara görə, sabahkı dialoqun  bəyanatı plansız və nəzarətsiz olacaq və İraq ərazilərini işğal edən ABŞ əsgərlərinin ixracına dair parlament qərarının icrasına toxunulmayacaqdır. Bu məsələ isə ölkəyə, gələcəyə və hökumətə qarşı ən böyük təhlükə olacaq.

Qruplar belə əlavə ediblər: “Daha əvvəl də qeyd edildiyi kimi, bu dialoqla bağlı təəccüblü və şübhə doğuran məsələ, bu dialoqların açıq aydın bir preambula əsaslanmaması və aydın bir yol xəritəsi seçilməməsidir. Danışıqların ilk turundan bəri bir ildən çox müddət keçməsinə baxmayaraq, hələ də doğru düzgün bir nəticə əldə olunmayıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − six =