İraq müqavimət qrupu NATO-ya müraciət edib: Bizdən əl çəkməsəniz, əllərinizi kəsəcəyik!

İraq müqavimət qrupu NATO-ya müraciət edib: Bizdən əl çəkməsəniz, əllərinizi kəsəcəyik!

Bu ölkədəki NATO qüvvələrinə ünvanlanan bəyanatda “Əshabi-Kəhf” müqavimət qrupu cümə günü səhər saatlarında elan edib ki, əgər bizdən əl çəkməsəniz, əllərinizi kəsəcəyik.

İRNA-nın məlumatına görə, müqavimət qrupunun özünün Telegram kanalında yerləşdirdiyi bəyanatda deyilir:

1 dekabr 2021-ci ildə Norveç Kəşfiyyat Xidməti (NIS) ilə işləyən bir neçə İraq vətəndaşı həbs edilib.

Bəyanatda daha sonra deyilir: Məlumat sızdırmaqla məşğul olan bu insanlar bizi güclü partlayıcı maddələrin olduğu əsas mənbələrinə apardılar.

Sionist düşmənin kəşfiyyat aparatı onu İraqdakı Norveç kəşfiyyat aparatı vasitəsilə Suriya və İran ərazisinə keçirmək niyyətində idi.

Bu açıqlamaya əsasən, Əshabi-Kəhf əlavə edib ki, Norveç kəşfiyyat təşkilatı İraqdan başqa ölkələrə və əksinə partlayıcı maddələrin daşınması ilə məşğuldur və bunu (Norveç Humanitar Yardım Təşkilatı/İraqda Minalar Təmizləmə Cənub Regional Ofisi) pərdəsi altında edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 3 =