İraq müqavimət qüvvələrinin pilotsuz təyyarəsi sionist ordu bazasına hücum edib

İraq müqavimət qüvvələrinin pilotsuz təyyarəsi sionist ordu bazasına hücum edib

İraq İslami Müqaviməti cümə günü gecə işğal olunmuş Suriyanın Qolan bölgəsindəki sionist hərbi bazaya pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.

İRNA-nın Əl-Məyadinə istinadən verdiyi xəbərə görə, İraq İslami Müqaviməti elan edib ki, sionist rejimin Qəzzə xalqına qarşı törətdiyi cinayətlərə cavab olaraq, cümə axşamı günü sionist rejimin işğal olunmuş Qolandakı bir nömrəli informasiya bazası bu hərbi qüvvələrin hədəfində olub.

Bu müqavimət qrupu Fələstin müqavimətinə dəstək olaraq və ABŞ-ın Qəzza zolağında sionist rejimin cinayətlərinə hərtərəfli dəstəyini pisləyərək, ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarını, eləcə də işğal olunmuş ərazilərdəki hədəfləri dron və raketlərlə dəfələrlə hədəfə alıb.

Oktyabrın 7-də Əl-Əqsa tufanı əməliyyatından sonra sionist ordu Qəzza zolağına qarşı qəddar və dağıdıcı hücumlara başlayıb və nəticədə əksəriyyəti qadın və uşaq olmaqla 30 mindən çox fələstinli şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =