İraq müqaviməti ABŞ-ın Suriyadakı düşərgəsinə hücumun məsuliyyətini öz üzərinə götürüb

İraq müqaviməti ABŞ-ın Suriyadakı düşərgəsinə hücumun məsuliyyətini öz üzərinə götürüb

İraq müqaviməti ABŞ-ın Suriyadakı düşərgəsinə hücumun məsuliyyətini öz üzərinə götürməsi barədə bəyanat yayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İraq müqaviməti bu gün (1 yanvar) bəyanat yayaraq elan edib: Sionist rejimin Qəzzədə Fələstin xalqına qarşı törətdiyi vandallıqlara cavab olaraq bu rejimin müttəfiqi və dəstəkçisi olan ABŞ-ın Suriyanın şərqində yerləşən Əl Şəddadi düşərgəsinə pilotsuz aparatlarla aviazərbələr endirdik.

Bəyanatda həmçinin deyilir: Müqavimət döyüşçüləri Amerikanın İraqda və regiondakı qüvvələri əleyhinə mübarizəsinin davamında Qəzzə xalqına qarşı cinayətlərə dəstək olduqlarını nəzərə alaraq Əl Şəddadi düşərgəsini uğurla hədəfə aldıq.

Qeyd edək ki, bundan əvvəl İraq və Yəmən müqavimət dəstələri sionist rejimin Qəzzədə soyqırımına dəstəkçi olan Amerikanın da amanda olmadığı barədə xəbərdarlıqlar etmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =