İraq müqaviməti Cövlan yüksəkliklərini hədəf aldı

İraq müqaviməti Cövlan yüksəkliklərini hədəf aldı

İraqın müqavimət qrupu Suriyanın sionist rejim tərəfindən işğal olunmuş Cövlan yüksəkliklərindəki kəşfiyyat anbarını hədəfə aldıqlarını elan edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İraqın müqavimət qruplarından biri olan “Sərəya Övliyaud Dəm” dəstəsi dünən gecə (14 iyun) saatlarında döyüşçülərinin pilotsuz uçuş aparatları ilə Suriyanın işğal olunmuş Cövlan bölgəsində sionist rejimin hava-kəşfiyyat bazasını hədəfə aldığını elan edib.

Qeyd edək ki, İraqın İslami müqaviməti dünən səhər (14 iyun) də bir neçə pilotsuz təyyarə ilə işğal olunmuş Fələstinin Həyfa limanını hədəfə aldığını elan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − five =