İraq müqaviməti işğal altındakı Eylatda mühüm hədəfə hücum edib
İraq İslami Müqaviməti səhər saatlarında işğal altındakı Fələstində yerləşən Eylatda sionist rejimin ən önəmli hərbi bazasına pilotsuz təyyarə ilə hücum etdiyini elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, İraq İslami Müqaviməti bu gün (20 aprel) bəyanat yayaraq elan edib: Mücahidlərimiz sionistlərin bizim Həşdiş Şəbbi bazamıza hücumun misli, Qəzzada işğalçı rejimin cinayətlərinə cavab olaraq və Fələstin xalqına dəstək məqsədilə işğal altındakı Eylatın mühüm bazasını pilotsuz təyyarə ilə hücum etdi.
Bu xəbərdən 1 saat əvvəl Kətaib Seyyidəş Şühada müqavimət hərəkatının baş katibi Əbu Əla Əl-Valai İraqın Babil əyalətinin şimalındakı hərbi bazada baş verən partlayışa reaksiyada bunun cavabsız qalmayacağını demişdi.