İraq Müqaviməti İsrailə bir sıra hücumlar həyata keçirib

İraq Müqaviməti İsrailə bir sıra hücumlar həyata keçirib

İraq İslami Müqaviməti çərşənbə günü Telegram kanalında yayımladığı bəyanatda işğal altındakı ərazilərin şimal hissəsində həyati əhəmiyyətli bir hədəfə pilotsuz təyyarənin hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Bildirilib ki, hücum işğalçı İsrail rejiminə qarşı müqavimətin davam etdirilməsi, Fələstin və Livan xalqlarına dəstək, sionist varlığın silahsız Fələstin və Livan vətəndaşlarına qarşı törətdiyi qırğınlara cavab olaraq həyata keçirilib.

İraq Müqaviməti işğal olunmuş ərazilərdəki mühüm obyektləri hədəfə almağa və məhv etməyə davam edəcəklərini vurğulayıb.

Müqavimət qrupu həmçinin Tiberiyanın şimalında İsrailin başqa bir hədəfinə ikinci pilotsuz təyyarə zərbəsi endirib.

Bundan əlavə, İraq İslami Müqaviməti İordaniya vadisindəki strateji İsrail mövqeyinə qarşı bomba yüklü pilotsuz uçuş aparatlarından istifadə edərək yeni əməliyyat keçirdiyini açıqlayıb.

Qrup həmçinin bu gün sahilyanı Nehariya şəhərində İsrailin həyati əhəmiyyətli strukturuna pilotsuz təyyarə hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − thirteen =