İraq Müqaviməti pilotsuz təyyarə ilə sionist rejimin Həyfa neft emalı zavoduna hücum edib

İraq Müqaviməti pilotsuz təyyarə ilə sionist rejimin Həyfa neft emalı zavoduna hücum edib

İraq İslami Müqaviməti sionist rejimin Həyfadakı neft emalı zavoduna pilotsuz təyyarə ilə hücumu elan edib.

İRNA-nın məlumatına görə, İraq İslami Müqavimət Hərəkatı dünən (15 may) işğal altındakı Fələstinin Həyfa neft emalı zavodunu pilotsuz təyyarə ilə hədəfə aldığını elan edib.

İraq İslami Müqaviməti bəyanat yayaraq Qəzza zolağı xalqına dəstəklərinin davamında pilotsuz təyyarə ilə İsrailin həyati əhəmiyyətli Eylat limanını hədəfə aldığını açıqlamışdı.

İraq İslami Müqaviməti bu bəyanatında bir daha sionist rejimin mövqelərinə qarşı hücumlarını davam etdirəcəyini vurğulayıb.

İraq İslami Müqaviməti keçmiş əməliyyatlarda da sionist rejim Qəzzə zolağına hücumlarını davam etdirərsə, bu rejimin mövqelərinə qarşı əməliyyatlarını gücləndirəcəyi barədə xəbərdarlıq etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =