İraq Müqaviməti sionist rejiminin “Obda” hava bazasına hücumu
İnformasiya qaynaqları İraq müqavimət qüvvələrinin sionist ordusunun işğal olunmuş ərazilərdəki Obda hava bazasına hücumundan xəbər verirlər.
Təsnim İnformasiya Agentliyinin xəbərinə görə, İraq İslami Müqaviməti işğala müqavimət, Qəzzə xalqına dəstək və qəsbkar rejimin Fələstin xalqına, o cümlədən qadın, uşaq və qocalara qarşı cinayətlərinə cavab olaraq Obda düşərgəsinə zərbələr endiriblər.
Bundan əvvəl də İraq İslami Müqaviməti aprelin 15-də sionist rejimin işğal olunmuş ərazilərdəki Obda aviabazasını pilotsuz təyyarə ilə hədəfə aldıqları barədə bəyanat yaymışdılar.
İraqın Müqaviməti sionist rejimin Qəzzədə soyqırımana son verməyincə bu qəsbkar rejimin hərbi bazalarına sarsıdıcı hücumları davam etdirəcəklərini elan etmişdilər.