İraq Müqavimətindən beş ayrı əməliyyat

İraq Müqavimətindən beş ayrı əməliyyat

İraq İslami Müqaviməti bu gün açıqlama verərək, İsrailin işğal etdiyi Fələstin torpaqlarında 5 hədəfə qarşı 5 ayrı əməliyyat keçirdiklərini açıqlayıb.

İraq İslami Müqaviməti bu gün açıqlama verərək, İsrailin işğal etdiyi Fələstin torpaqlarının mərkəzində və şimalında Arkab qanadlı raketləri və pilotsuz uçuş aparatlarından istifadə edərək 5 hədəfə qarşı 5 ayrı əməliyyat həyata keçirdiklərini bildirib.

İraq Müqaviməti bu əməliyyatın “işğala qarşı müqavimət”, “Fələstin və Livan xalqlarına dəstək və İsrailin uşaq, qadın və qocalar da daxil olmaqla dinc əhalini qətlə yetirməsinə cavab olaraq” yanaşmalarının davamı olduğunu vurğuladı və “düşmənin qalalarına zərbələr endirməkdə” davam edəcəyini bildirdi.

İraq İslami Müqaviməti dünən çoxlu sayda partlayıcı yüklü pilotsuz uçuş aparatlarından istifadə edərək işğal olunmuş ərazilərdəki hərbi hədəfi vurduğunu açıqlayıb .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 2 =