İraq müqavimətinin işğal olunmuş ərazilərdə genişmiqyaslı hücumları yeni mərhələyə daxil oldu
İnformasiya qaynaqları İraq İslam müqavimətinin işğal olunmuş ərazilərə dron hücumlarının yeni dalğasından xəbər verirlər.
Əl Aləm telekanalının məlumatına əsasən, dünən (22 sentyabr) İraq İslami müqavimət qüvvələri işğal altındakı Cövlan, Tiberiya və Əl-Ağvar bölgəsinə genişmiqyaslı pilotsuz təyyarə hücumlar təşkil edib.
Məlumatlı qaynaqlar yazır: Bir neçə dəqiqə əvvəl “İsrail”in Əl-Ağvar bölgəsini pilotsuz təyyarə hücumları ilə hədəfə aldıq.
Eyni zamanda, sionist KİV-lər də İraqdan pilotsuz təyyarələrin işğalından sonra, oktyabr ayından bəri ilk dəfə olaraq Beyt Şanda və Vadi Beyt Şan və Əl-Ağvarda təhlükə sirenləri səsləndiyindən xəbər verib. Bu hücumdan sonra işğal altındakı Fələstinin şimalındakı Tiberiyaya doğru İraqdan atılan pilotsuz təyyarələrin qarşısını almaq üçün müdafiə sistemləri işə salınıb.