İraq müqavimətinin pilotsuz təyyarələri Həyfa şəhərinə hücum edib

İraq müqavimətinin pilotsuz təyyarələri Həyfa şəhərinə hücum edib

 İraq İslami Müqaviməti işğal olunmuş Fələstinin Hayfa şəhərinə pilotsuz təyyarə ilə hücum etdiyini elan edib.

İRNA-nın Əl-Məyadinə istinadən verdiyi xəbərı əsasən, İraq İslami Müqaviməti bu gün səhər (3 iyun) bəyanat yayaraq elan edib: Qəzzə xalqına dəstək və sionist düşmənin cinayətlərinə cavab olaraq mücahidlərimiz çoxlu sayda pilotsuz uçuş aparatları ilə Həyfa şəhərinin həssas və mühüm obyektlərini hədəfə aldı.

Bu xəbərə əsasən, İraqın İslami müqaviməti sionist rejimin mövqelərinə qarşı hücumlarının davam etdirəcəyini bir daha vurğulayıb.

İraq müqaviməti bundan əvvəl də keçmiş əməliyyatlarda da sionist rejim Qəzzə zolağına hücumlarını davam etdirərsə, bu rejimin mövqelərinə qarşı əməliyyatlarını gücləndirəcəyi barədə xəbərdarlıq etmişdi.

Müqavimət qüvvələrinin döyüş mediasının Əl-Əqsa tufanının 200-cü günündə dərc etdiyi infoqrafikaya görə, İraq İslami müqaviməti İraqda 90 hədəfə 243, işğal olunmuş ərazilərdəki hədəflərə 65, 88 hücum təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + three =