İraq nümayəndəsi: Hökumət Şəhid Süleymaninin qətl hadisəsini görməməzlikdən gəlir

İraq nümayəndəsi: Hökumət Şəhid Süleymaninin qətl hadisəsini görməməzlikdən gəlir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İraq Parlamentinin Xarici İşlər Komitəsinin üzvü hazırkı İraq hökumətinin və xüsusən Baş nazirin siyasətini tənqid edərək, hökumətin İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin sabiq komandirinə sui-qəsd də daxil olmaqla önəmli məsələləri görməməzlikdən gəldiyini söylədi.

Bu gün (çərşənbə) İraq parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Muxtar Əl-Musəvi Baş nazir Mustafa Əl-Kaziminin siyasətini tənqid etdi.

Əl-Musəvi verdiyi açıqlamada Baş nazirin ölkənin suverenliyi və Qüds Qüvvələrinin keçmiş komandanı General ı Qasim Süleymani və İraq Həşdi Şəbi təşkilat rəhbərinin keçmiş müavini Əbu Mehdi Əl-Muhəndisin öldürülməsi məsələsinə məhəl qoymadığını bildirib.

General Qasim Süleymani və Əbu Mehdi Əl-Muhəndisə Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında terror edilməsindən sonra, İraq parlamenti ötən ilin yanvarında xarici qoşunların ölkədən çıxarılması haqda qanunu təsdiqlədi.

Muxtar Əl-Musəvi həmçinin hökumətin Səudiyyə Ərəbistanı və ABŞ-dan investisiya cəlb etmək səylərinə təəccübləndiyini dilə gətirdi.

Fəth koalisiyası da ölkədəki bütün siyasi qrupları hökumətə təzyiq göstərməyə və bu məsələlərdə Ağ Evin keçid mərhələsindən istifadə etməyə çağırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 12 =