İraq ordusu İŞİD-in 6 silahlısını zərərsizləşdirib

İraq ordusu İŞİD-in 6 silahlısını zərərsizləşdirib

İraq Hərbi Hava Qüvvələri ölkənin şimalında hava zərbəsi nəticəsində İŞİD-in 6 silahlısını məhv edib.

“Report” xəbər verir ki, bu barədə “Shafaq News” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, terrorçular xüsusilə Suriya ilə sərhəddə yerləşən Neynəva əyalətinin Şeyx Yunis yaşayış məntəqəsində gizlənib.

Aviazərbələrin F-16 qırıcıları vasitəsilə endirildiyi vurğulanıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + 1 =