İraq ordusunun antiterror əməliyyatı: Kərkükdə 8 İŞİD terrorçusunun həbsi

İraq ordusunun antiterror əməliyyatı: Kərkükdə 8 İŞİD terrorçusunun həbsi

Mehr Xəbər Agentliyinin verdiyi məlumata görə, İraq kəşfiyyat orqanı verdiyi açıqlamada Kərkükdə bu terror qruplaşmasının təhlükəsizlik qruplarında çalışan 8 İŞİD nümayəndəsinin həbs edildiyini açıqlayıb.

 “Russia Today” xəbər saytı İraqın rəsmi xəbər agentliyinə (WAA) istinadən xəbər verir ki, İraq ordusunun hərbi kəşfiyyat təşkilatı bir anonsda Daxili İşlər Nazirliyinin Federal İstintaq İdarəsi ilə birgə bir neçə əməliyyat zamanı Kərkükün bölgələrində gizlənmiş və axtarışda olan 8 İŞİD terrorçusunu həbs edib.

Bu məlumatda bildirilir ki, terrorçular ibtidai istintaq zamanı “İŞİD”ə bağlı təhlükəsizlik qruplarında xüsusi təlim kursları keçdiklərini və onlardan birinin bu terror qruplaşmasının ərzaq və ləvazimatla təmin olunmasına cavabdeh olduğunu etiraf ediblər.

Hazırda bu 8 terrorçu İraqın hüquqi orqanlarına təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 17 =