İraq parlamenti sionistlər və normallaşdırma tərəfdarlarının ümidlərini puç etdi
İşğalçı İsrail rejimi ilə normallaşdırmanın cinayət hesab edilməsi İraq parlamenti tərəfindən yekdilliklə qəbul olunub və bu məsələ uzun müddətdir Fələstin idealını dəstəkləyən İraq xalqı tərəfindən təsdiqlənib.
İraq parlamentinin məlumatına görə, bu qanuna işğalçı İsrail rejimi ilə incəsənət, mədəni, siyasi, ədəbi və iqtisadi əməkdaşlığın qadağan edilməsi şamildir və bu müddəaları pozan hər hansı iraqlıya ömürlük həbs və ya edam cəzası veriləcək.
Bu unikal qanun ərəb dünyasında və regionda bəzi ərəb rejimlərinin sionist rejimlə münasibətləri normallaşdırmağa çalışdığı və alçaldıldığı dövrdə Fələstin məsələsinə haqq qazandıran ilk qanundur.
Bu, həm də İraq parlamentinin beşinci dönəmdə qəbul etdiyi ilk qanundur ki, bəzi regional rejimlərin sionist rejimlə münasibətləri sürətlə normallaşdırmağa çalışdığı və ya normallaşmaya hazır olduğu və Fələstin məsələsinin İslam ümmətinin başlıca məsələsi olduğunu unutduğu bir vaxtda qəbul edilib.
İraqlı müşahidəçilər hesab edirlər ki, İsraillə normallaşmanın cinayət sayılması İraq Kürdüstanı bölgəsi vasitəsilə İraq cəmiyyətinə nüfuz etməyə çalışan bu qəsbkar rejimlə hər cür münasibət qurmaq istəyənlərin əlini kəsməkdir. Onlar əvvəlcə İraqın birliyini, sonra isə İraqla dost və müttəfiq ölkələri təhdid edirlər.
İraqlı siyasi analitiklər də öz növbəsində İraq parlamentinin tarixi addımını alqışlayaraq bildiriblər ki, İsraillə birbaşa və ya dolayısı ilə əməkdaşlıq, ünsiyyət və əlaqəni cinayət hesab etmək İraq mədəniyyətində Fələstin birliyini qorumaq və İsrail işğalına qarşı çıxmaq kimi keçmişə malikdir.
İraq parlamentinin bəzi fraksiyaları da normallaşdırmanın cinayət sayılması qanununun xalqların azadlığına, xüsusilə Fələstin xalqının hüquqlarına ehtirama zəmanət verdiyini və İraqın bütün dövlət qurumlarının sionist rejimlə hər cür əməkdaşlığı qadağan edən bu qanunun icrasına nəzarət edəcəklərini vurğulayıb.