İraq Prezidenti Ərbəindən danışdı

İraq Prezidenti Ərbəindən danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraq prezidenti Bərhəm Saleh, bazar ertəsi günü İmam Hüseyn (ə) ərbəininin əbədi dərsləri barədə tvit yazıb.

Mawazin News -un verdiyi xəbərə görə, İraq prezidenti twitter hesabında yazıb: “Biz İraq xalqının azad iradəsinə əsaslanan güclü bir ölkəyə doğru islahatlar aparmaq üçün İmam Hüseyn (ə) qiyamının 40-cı gününün əbədi dərslərindən ilham almalıyıq”.

O, əlavə edib: “Kərbəlaya yürüş, azad və şərəfli bir həyatda təhlükəsiz və hüquqlarını təmin edən bir ölkəyə sahib olmaqda israrlarının əsl təcəssümüdür. Tam suverenliyə, təhlükəsizliyə malik olan və sülh içərisində qonşuları ilə birgə yaşayan bir ölkə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × one =