İraq rəsmiləri İsrail ilə münasibətlərin normallaşması barədə xəbərləri təkzib etdi

İraq rəsmiləri İsrail ilə münasibətlərin normallaşması barədə xəbərləri təkzib etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, bəzi KİV-ləri bu gün İraq Prezidenti Bərhəm Salehə istinad edərək Bağdadın fələstinlilərlə razılaşdırılaraq sionist rejimlə münasibətləri normallaşdırmaq üçün bir müqavilə imzalamaq istədiyini yayıblar.

İraq prezidentinin ofisi bu axşam qeyd olunan xəbəri təkzib edən bir açıqlama verərək, “Bu xəbərdəki hər şeyin tamamilə yalnış və uydurma olduğunu vurğulayırıq”, deyib.

Açıqlamada həmçinin belə qeyd olunub: “Xəbər mediasını və virtual məkan fəallarını hər hansı bir xəbərin yayımlanmasında diqqətli olmağa və bu cür xəbərlərin məzmununa əhəmiyyət verilmədən yayımlandığı üçün İraqda hər hansı bir gərginlik və xaosla nəticələnə biləcəyini nəzərə alaraq məlumatı yalnız rəsmi mənbələrdən əldə etməyə çağırırıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =