İraq Şəhid Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhid olmasının ildönümünü “Şəhidlik və Suverenlik” şüarı ilə qeyd etməyə hazırlaşır (Fotolar+Video İzlə)

İraq Şəhid Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhid olmasının ildönümünü “Şəhidlik və Suverenlik” şüarı ilə qeyd etməyə hazırlaşır (Fotolar+Video İzlə)

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İraq paytaxtında şəhid komandirlər Qaim Süleymani və Əl-Mühəndisin şəhid olmasının birinci ildönümü ərəfəsində rəsmi və dövlət qurumlarından əlavə, müxtəlif qruplar da bu şəhidlərə ehtiram edərək mərasimlər keçirməyə hazırlaşır.

Bağdad hava limanı yolunda Amerika terrorçuları tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri Komandiri General Qasim Süleymani və Həşdi Şəbi Təşkilatı rəhbərinin müavini Əbu Mehdi Əl-Mühəndisin şəhid olmasının birinci ildönümü ərəfəsində müxtəlif vilayətlərdə anım mərasimləri keçirilib və bunun üçün koordinasiya və hazırlıqlar hələ də davam edir.

İraqın Həşdi Şəbi Təşkilatının bəzi rəsmilərinə görə, bu ayın sonuna qədər bu mövzuda həm rəsmi, həm də ictimai sahələrdə bir neçə mərasim təşkil ediləcək. İşğalçıları qovmaq və İraqın suverenliyini bərpa etməyin zəruriliyini vurğulamaq üçün şəhid komandirlərin anımının birinci ildönümünün əsas şüarı olaraq “Şəhidlik və Suverenlik” şüarı da seçildi.

Üç gün əvvəl İraqın Bəsrə şəhərində Qasim Süleymani və Əl-Mühəndisin şəhadətinin ildönümü münasibətilə Müqavimət Cəbhəsinin bu iki böyük komandirinin səkkiz metr uzunluğundakı ən böyük plakatı quruldu.

Ötən cümə Bəsrədə İraqın İŞİD terror qruplaşması üzərində qələbəsinin üçüncü ildönümü və müqavimət komandirləri Hacı Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhid olmasının birinci ildönümü münasibətilə bir mərasim təşkil edildi və bu mərasimlərdə müxtəlif İraq qruplarının nümayəndələri iştirak və çıxış etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 5 =