İraq Şiə Komitəsi: Sionist rejim məhv edilməli olan bir rejimdir

İraq Şiə Komitəsi: Sionist rejim məhv edilməli olan bir rejimdir

“Əl-Əttarut-Tənsiqi” kimi tanınan İraq Şiə Koordinasiya Komitəsi sionist rejimlə münasibətlərin normallaşdırılmasını qadağan edən qanun layihəsinin qəbuluna cavab olaraq rejimin məhv edilməsinin vacibliyini vurğulayıb.

“Əl-Əttarut-Tənsiqi” kimi tanınan Şiə Koordinasiya Komitəsi cümə axşamı günortadan sonra “Sionist rejimlə əlaqələrin normallaşdırılmasının qadağan edilməsi haqqında” qanunun qəbulunu təbrik edib.

İraq parlamenti bu gün (26 may cümə axşamı) sionist rejimlə əlaqələrin normallaşdırılmasını qadağan edən qanun layihəsini təsdiqləyib.

Bu qanunun ən mühüm bəndlərindən biri sionist rejimlə siyasi, təhlükəsizlik, iqtisadi, texniki, mədəni, idman və elmi və sair sahədə istənilən əməkdaşlığın cinayət hesab edilməsidir.

“Əl-Əhd” xəbər kanalının Şiə Koordinasiya Komitəsinə istinadən verdiyi xəbərə görə, İraq parlamenti Fələstin və Qüds məsələsinin müdafiəsində öz prinsiplərində sabitqədəm olduğunu sübut edib.

İraq qurumu sionist rejiminin istənilməyən bir rejim olduğunu və onun aradan götürülməsinin, həmçinin, bu rejimlə hər hansıs bir normallaşdırma və münasibətlərin kəsilməsinin vacibliyini vurğulayıb.

Şiə Koordinasiya Komitəsi belə nəticəyə gəlib: “Normallaşdırmanın cinayət hesab edilməsi qanununun qəbulu İraqın milli və İslami məsələlərdə konsensusunu əks etdirir. Biz bütün müqaviməti və sionist rejimə qarşı müqaviməti davam etdirən bütün kəsləri təbrik edirik.”

Qanun qəbul edildikdən sonra İraq parlamentinin sədr müavini Hakim Əz-Zamili İraq xalqını təbrik edib və buna aydınlıq gətirib:

Səsverənlərin yekdilliklə qəbul etdiyi qanun xalqın iradəsinin həqiqətini əks etdirir və bu, sionist rejimlə münasibətlərin cinayət hesab edilməsi baxımından dünyada ilk dəfə təsdiqlənmiş cəsarətli milli və yerli qərardır. Bu baxımdan,  biz ərəb və islam parlamentlərini öz xalqlarının tələblərinə cavab verən oxşar qanunlar çıxarmağa çağırırıq.”

“Əs-Sənədul-Vətəniyy” parlament fraksiyasının rəhbəri və parlamentin hüquq komissiyasının üzvü Əhməd Əl-Əsədi bu gün parlament iclasının başlamasına az qalmış “Twitter” səhifəsində yazıb:

 “Sionist rejimlə münasibətlərin normallaşdırılmasını cinayət hesab edən qanun yekunlaşdırılıb və xalqın nümayəndələri bugünkü iclasda yekdilliklə buna səs verəcəklər.”

Əz-Zamili bundan əvvəl demişdi ki, sionist rejimlə münasibətlərin normallaşdırılmasını qadağan edən qanun ölkənin sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir və buna görə də parlamentdəki hüquq komissiyasını qanunun qəbulunu sürətləndirmək üçün işləməyə çağırıb.

İraq parlamentinin sədri Məhəmməd Əl-Həlbusi ötən şənbə günü vurğulayıb ki, sionist rejimin Fələstin xalqına qarşı cinayətləri müqabilində dayanmalı və öz mövqeyimizi nümayiş etdirməliyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + four =