İraq təhlükəsizlik qüvvələri İŞİD ünsürlərinin intihar hücumunu dəf etdi
Szinyol xarici mediaya istinadən xəbər verir:
İraq qüvvələri İŞİD ünsürlərinə yönəli terrorla mübarizə əməliyyatında iki kamikadze həbs olundu.
İraq Silahlı Qüvvələri Baş Komandanlığının sözçüsü Neynəva vilayətində (şimal-qərbdə) iki İŞİD terrorçusunun tutulduğunu elan etdi.
Bağdad Əl-Yəvm-in verdiyi məlumata görə, General-mayor Yəhya Rəsul cümə axşamı günü terrorla mübarizə qüvvələrinin üç gün ardıcıl olaraq apardığı əməliyyatdan sonra, bu gün terrorçuları yaxaladıqlarını söylədi.
Əlavə etdi: “İraqın bir çox vilayətində terrorla mübarizə əməliyyatları davam edir. İraq qüvvələri tərəfindən nəzarətə alınan terrorçulardan biri intihar əməliyyatından əvvəl özünü izdihamlı yaşayış yerində partlatmağa hazırlaşırdı.”
Diyala vilayətindən də verilən məlumatda Kəsaib bölgəsindəki Həşdi Şəbi qüvvələrinin İŞİD terror ünsürlərinin hücumunu dəf etdiyi bildirilir.