İraq xalq qüvvələri İŞİD-in Samirraya hücum cəhdinin qarşısını aldı

İraq xalq qüvvələri İŞİD-in Samirraya hücum cəhdinin qarşısını aldı

İraqın Əl-Həşduş Şəbi (Xalq Səfərbərlik) qüvvələri dünən (23 oktyabr) müqəddəs Samirra şəhəri yaxınlığındakı Makişifa bölgəsinə İŞİD terrorçularının hücumunun qarşısını alıblar.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, iraqlı təhlükəsizlik mənbəyi oktyabrın 23-ü Əl-Həşduş Şəbinin 35-ci briqada qüvvələrinin İŞİD-in Samirra şəhərinin Makişifa bölgəsinə soxulmaq və hücum etmək cəhdinin qarşısını aldığını söyləyib.

Digər tərəfdən, İraqın Səlahəddin əyalətindəki Samirra Əməliyyat Qərargahı Komandanlığı Əl-Həşduş Şəbi Təşkilatının əməkdaşlığı ilə İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümü ərəfəsində zəvvarların təhlükəsizliyini təmin etmək üçün xüsusi bir təhlükəsizlik planının tamamlandığını elan edib.

Samarra Əməliyyat Qərargahının komandiri general-mayor Cabbar Əd-Daraci bu barədə verdiyi açıqlamasında bunları deyib: “Bu komandanlıq İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümü münasibətilə zəvvarları qorumaq üçün təhlükəsizlik planını tamamladı.

Plana bütün qüvvələr daxildir və federal polisdən Əl-Həşduş Şəbi qüvvələrinə qədər bütün təhlükəsizlik qurumları və qüvvələrinin iştirakı ilə ehtiyat tədbirləri görülmüşdür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 1 =