İraqçi İngiltərəyə xəbərdarlıq edib

İraqçi İngiltərəyə xəbərdarlıq edib

İran xarici işlər naziri İngiltərənin İranda “sıfır zənginləşdirmə” mövqeyinə sərt reaksiya verib.

İran xarici işlər naziri Seyid Abbas İraqçi bəyan edib ki,  əgər İngiltərənin mövqeyi İranda “sıfır zənginləşdirmə”dirsə, o zaman nüvə faylı ilə bağlı bizim müzakirə edəcəyimiz heç bir məsələ qalmır.

Seyid Abbas İraqçi X hesabında yazıb: “İran, İngiltərə və “Əhatəli Müştərək Təşəbbüs Proqramı”nın qalan digər avropalı üzvləri ilə çoxtərəfli əlaqələri yaxşı niyyətlə davam etdirir, hətta ABŞ-ın bu üzvləri hazırda aparılan danışıqlara cəlb etmək istəmədiyi şəraitdə belə”. 

O, əlavə edib: “Əgər İngiltərənin mövqeyi İranda uranın zənginləşdirilməsini sıfıra endirməkdirsə- bu, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin və Əhatəli Müştərək Təşəbbüs Proqramının qalan üzvlərindən biri kimi İngiltərənin öhdəliklərinin açıq şəkildə pozulmasıdır – o zaman nüvə faylı ilə bağlı bizim müzakirə edəcəyimiz heç bir məsələ qalmayacaq”.

Bundan əvvəl İngiltərənin Amerikadakı səfiri Piter Mandelson ABŞ rəsmilərinin İranda zənginləşdirməni dayandırmaqla bağlı açıqlamalarını dəstəkləyərək, iddia edib ki, İran uranın zənginləşdirilməsi fəaliyyətlərindən əl çəkməlidir.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =