İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza raket atəşinə tutulub

İraqda beynəlxalq koalisiya qoşunlarının Ənbar vilayətindəki istifadə etdiyi Ayn əl-Əsəd aviabazası raket atəşinə tutulub.
Bu barədə “Shafaq News” portalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ qüvvələrinin yerləşdiyi aviabazaya ən azı iki raket atılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları mərmilərin hansı ərazidən atıldığını müəyyən etmək üçün əməliyyata başlayıb.
Mümkün maddi ziyan və hücumun arxasında kimin ola biləcəyi barədə məlumat verilməyib.