İraqda ABŞ hərbi avtomobilləri hədəfə alındı
Eastnews.org-un verdiyi xəbərə görə, son 24 saat ərzində ABŞ ordusu İraqda yenidən hədəfə alınıb.
Bu barədə yerli mənbələr məlumat yayıblar.
Məlumatda vurğulanır ki, ABŞ ordusuna məxsus hərbi avtomobil Əbu Qureyb yaxınlığında hücuma məruz qalıb.
Bundan əlavə, əs-Səmavə bölgəsində də ABŞ ordusuna məxsus hərbi maşın yaxınlığında partlayış baş verib.
Nəticədə hərbi avtomobillərə maddi ziyan dəydiyi diqqətə çatdırılıb.