İraqda ABŞ hərbi logistika karvanına hücum olub

İraqda ABŞ hərbi logistika karvanına hücum olub

Babil əyalətində Amerika işğalçı qüvvələrinin logistika karvanı yol kənarına yerləşdirilən bombanın hədəfi olub.

Yerli mənbələr bazar günü səhər İraqda ABŞ ordusunun logistika karvanına qarşı əməliyyatın keçirildiyini bildirib.

“Sabrin News” Telegram kanalı təcili xəbərdə Amerika işğalçı qüvvələrinin Babil vilayətində logistika karvanının yol kənarına yerləşdirilən bomba ilə hədəf alındığını yazıb.

Bu hücumun mümkün itkiləri və Amerika karvanına dəyən zərərin miqdarı ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.

İraq parlamentinin xarici əsgərlərin ölkədən çıxarılması ilə bağlı qanunu təsdiqindən və Bağdadın bu məsələdə ləngiməsindən sonra Amerika koalisiyasının logistik konvoyları həftəlik, bəzən isə gün ərzində bir neçə dəfə yol kənarındakı bombalarla hədəfə alınır.

Amerika karvanları ya cənubdan Küveyt sərhədindən, ya da şimal-qərbdən Neynəva əyalətindəki qeyri-qanuni “Əl-Valid” keçidindən keçərək İraqa daxil olur və İraqda yerləşən Amerika əsgərlərinin ehtiyac duyduğu ləvazimatları daşıyır.

Bu hücumların və yol kənarındakı partlayışların qarşısını almaq üçün Amerika koalisiyası öz avadanlıqlarını daşımaq üçün yerli İraq şirkətlərindən yardım alır.

İraqlı qruplar vurğulayırlar ki, İraq hökuməti bu ölkə parlamentinin ixrac qanununu təsdiqinin ardınca İraq hökuməti xarici qüvvələri İraqdan çıxarmalıdır.

2020-ci ilin yanvarında İraq parlamenti ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general Hacı Qasim Süleymaninin və İraq Xalq Səfərbərlik Təşkilatının sədr müavini Əbu Mehdi Əl-Mühəndisin qətlində törətdiyi terror aktından sonra, ölkədən xarici qüvvələrin çıxarılması planını təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =